"Azərbaycan gələcəkdə daha böyük uğurlara imza atacaq" ÖZƏL-MÜNASİBƏT
"Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Ümumilikdə Azərbaycanda həyata keçirilən regional islahatlarla bağlı olan bu müşavirədə elə bir sahə qalmadı ki, cənab Prezident ona toxunmasın". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.
Komitə sədrinin sözlərinə görə, ölkə başçısı bank sektorundan tutmuş, iqtisadiyyatın digər sferalarına qədər bütün məsələlərdən danışdı və lazımi tapşırıqlarını verdi: "Cənab Prezident hər bir yerdə vətəndaşların yaxşı yaşaması üçün digər strukturlara xəbərdarlıq etdi ki, vətəndaşı aldatmaq olmaz, vətəndaşın hüququnu pozmaq olmaz, vətəndaşın pensiya sisteminə hansısa bir xələl gətirmək olmaz. Onun sağlamlığı, müayinəsi, tibbi sığortası ilə bağlı məsələlər öz əksini tapmalıdır. Onun vəsaitlərinin tam qarantiyası verilməlidir ki, onların banklara etibarlılığı yaransın. Kiçik və orta biznesin inkişafı, güzəştli kreditlərin verilməsi, bəzi sahibkarların torpaq sahəsini alıb saxlaması, istifadəyə verməməsi və nəticədə yeni iş yerlərini açmaması, yeni iş yerlərində çalışan insanların ixtisarlara salınmasının qarşısının alınması və s. orada cənab Prezident tərəfindən Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsinin bilavasitə şahidi olduq. Hesab edirəm ki, bu gələcəyə atılmış çox ciddi və böyük bir addımdır. Bu cənab Prezidentin insanlar, cəmiyyət qarşısında birbaşa hesabatı idi. Bu baxımdan hesab edirəm ki, çox düzgün olan və dəqiq seçilmiş bir strategiya ilə Azərbaycan gələcəkdə daha böyük uğurlara imza atacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB