"Davos Forumunda qəbul edilən qərarlar Azərbaycan üçün çox əhəmiyyətlidir" ÖZƏL-AÇIQLAMA
"Davos İqtisadi Forumu dünyada ən böyük iqtisadi Forumdur. Burada həm yeni texnologiyalara, kəşflərə, həyəcan siqnallarına, qarşıda duran vəzifələrə, ölkələrdə gedən iqtisadi və siyasi proseslərə diqqət yetirilir, həmçinin sonrakı mərhələdə gələcək perspektivlər barədə də müvafiq addımlar atılır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.
YAP İcra katibinin müavinin sözlərinə görə, dünyanın ən inkişaf etmiş və ən böyük ölkələri Davos Forumunda iştirak etməyə can atırlar: "Azərbaycan artıq neçə illərdir ki, bu Forumda iştirak edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Davos Forumunda iştirak edir və hər dəfə çox mühüm addımlar atır, dünyaya mesajlar verir. Ölkə başçısı Azərbaycanda həyata keçirilən, görülmüş islahatlarla bağlı, yaradılan biznes mühiti ilə bağlı və s. digər məsələlərlə bağlı təqdimatlarda iştirak edir və o cümlədən Azərbaycana gələcəkdə investisiya qoymaq istəyən dövlətlər, şirkətlər, müəssisələr, təşkilatlar və onların rəhbərləri ilə çoxtərəfli görüşləır keçirilir. Prezidentin həm dünya iqtisadiyyatını, həm dünya biznes mühitini, dünyada gedən ictimai-siyasi prosesləri gözəl bilməsi, o cümlədən dünyada ən vacib elementlərdən birinə çevrilən enerji məsələlərini tam dərindən bilməsi onlarda tam əminlik yaradır ki, Azərbaycana qoyulan investisiya özünün tam qarantiyasını alır. Heç də təsadüfi deyil ki, Davos Forumunun regional ofisi məhz Azərbaycanda açılıb. Bu Azərbaycan istisadiyyatına, Azərbaycandakı mühitə, qanunvericilik bazasına, vergi sisteminə və həyata keçirilən islahatlara böyük qiymətdir. Həmin regional ofis həm Cənubi Qafqazı, Orta Asiyanı, Yaxın Şərqi, həm də Ərəb yarmadasını əhatə edir. Bu baxımdan da hesab edirəm ki, son Davos Forumunun qəbul etdiyi qərarlar Azərbaycan üçün çox əhəmiyyətlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB