Müdafiə Nazirliyində “qaynar xətt” yaradılıb

Müdafiə Nazirliyində “qaynar xətt” yaradılıb

Hərbi çağırış sistemində təkmilləşdirmə işlərinin aparılması istiqamətində Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən cddi tədbirlər həyata keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ədalətlilik və şəffaflıq prinsiplərinin qorunması, neqativ halların qarşısının dərhal aradan qaldırılması bu prosesdə başlıca məsələ kimi diqqət mərkəzində durur.

Bu məqsədlə nazirliyin təşkilat səfərbərlik idarəsində "qaynar xətt" yaradılıb. Həmçinin, çağrışçıların hansı qoşun növünə və hərbi hissəyə düşdüyünü öyrənmək istəyən valideynlər və onların yaxınları "qaynar xətt"in bu telefon nömrələrinə 438-61-10, 439 90 28, 439 23 55 zəng edə bilərlər.

Şikayəti və ya hər hansı narazılığı olan vətəndaşlardan isə nazirliyin tərbiyə işləri idarəsinin nəzdində fəaliyyət göstərən "etimad xətti"nin telefon nömrələrinə 438-61-31, 438 61 74, 439 23 76 zəng etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə