Fransa Senatında "erməni soyqırımı" yenidən gündəmə gəlir. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, 2006-cı ildə 1915-ci il hadisələri ilə əlaqədar qəbul olunan qərar, Sosialist Partiyasının bir qrup senatorun cəhdi sayəsində 4 mayda müzakirə olunacaq. Sosialist Partiyasının Senatdakı fraksiya daxilində məsələ ilə bağlı ortaq qərar qəbul olunmamasına baxmayaraq erməni diasporuna yaxınlığı ilə tanınan Serge Laqaouçenin səyləri nəticəsində bir qrup senator "erməni soyqırımı" məsələsinin qanunverici orqanın 4 maydakı gündəliyiniə salınmasına nail olub.
Qeyd edək ki, ermənilərin 1915-ci ildə baş verən hadisələrlə bağlı iddiaların əks olunduğu qanun Fransa tarixçilərin sərt reaksiyasına gətirib çıxarmışdı. Onlar birgə bəyanat yayaraq "parlamentin tarixi məsələlərdə qərar verməməsini" istəmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB