Montqomeri şəhər şurasının sədri Qarabağ Fonduna təşəkkür edib

Montqomeri şəhər şurasının sədri Qarabağ Fonduna təşəkkür edib

Montqomeri şəhər şurasının sədri İsiah Legget Qarabağ Fonduna "Azərbaycan Ritmləri" adlı konsertin təşkili üçün təşəkkürnamə göndərib. Fonddan SİA-ya verilən xəbərə görə, məktubda İsiah Legget Azərbaycan və ABŞ arasında mədəni əlaqələrin güclənməsi, Azərbaycan mədəniyyətinin tanıdılması üçün göstərdiyi fəaliyyətə görə fondun idarə heyətinə və işçilərinə təşəkkürünü bildirib.


Xatırladaq ki, Qarabağ Fondunun təşəbbüsü ilə Vaşinqton, Maryland ştatının Montqomeri, Virginiya ştatının Arlinqton və Aleksandria şəhərlərində 2011-ci ilin Mart ayının "Azərbaycan ayı" elan edilmişdi və bununla əlaqədar Fonda müraciətnamələr göndərilib. 2011-ci ilin Mart ayında Qarabağ Fondu iki konsert, üç universitetdə konfrans, və iki ziyafət təşkil edib.


Qeyd olunmalıdır ki, 24 Mart tarixində Qarabağ Fondu Azərcell şirkətinin baş sponsorluğu ilə Vaşinqtonun nüfuzlu Linkoln Teatrında 800 nəfər tamaşaçının iştirakı ilə iki saata yaxın davam "Azərbaycan Ritmləri" adlı möhtəşəm konsert son bir neçə ildə Azərbaycan mədəniyyətinin tanıdılması üçün ABŞ-da təşkil olunmuş ən böyük tədbirlərdən biri idi.


Qeyd edək ki, Qarabağ Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri hökümət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə