Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 31-də saat 15.40-dan 15.45-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi, aprelin 1-də saat 03.15-dən 03.23-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimizi, saat 02.30-dan 02.35-dək isə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB