Netty 2011 müsabiqəsinin iştirakçılarına Facebook sosial şəbəkənin istifadəçiləri də qiymət verə biləcək
Netty 2011 Azərbaycanın Milli İnternet Mükafatına start verilib. SİA-nın məlumatına görə, əvvəlki illərdə olduğu kimi bu il də Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mükafata təşkilatı dəstək verir. Mükafatın keçirilmə şərtlərinə uyğun olaraq artıq müsabiqə iştirakçılarının və virtual jüri üzvlərinin qeydiyyatı başlanıb. www.netty.az saytında keçirilən qeydiyyat cari ilin may ayının 7-dək davam edəcək.
Müsabiqə 12 əsas və 2 əlavə nominasiyalar üzrə ən yaxşılarını müəyyən edəcək. 7 may tarixindən 14 may tarixinədək virtual jürinin səsverməsi nəticəsində mükafatın namizədlərinin müəyyən olunacağı nəzərdə tutulur. Hər təqdim edilən kateqoriyada üç namizəd müəyyən edilir. Netty-2011-in qalibləri 21 may tarixində təntənəli mərasimdə rəsmi elan ediləcək.
Qeyd edək ki, Netty 2011 çərçivəsində Facebook sosial şəbəkənin istifadəçiləri mükafat iştirakçılarına qiymət verə bilərlər. Hər nominasiyada Facebook iştirakçılarından ən çox səs toplayan sayt müəyyən ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB