Cari ilin ilk rübündə 467 ədəd qeydiyyatdan keçməyən REV aşkarlanıb
2011-cu ilin birinci rübü ərzində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezlikləri İdarəsi tərəfindən iş planına və quruma daxil olan göstəriş və müraciətlərə əsasən 174 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib müvafiq qaydada aktlar tərtib edilib. Bu barədə SİA-ya Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 467 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 150 ədədi möhürlənib, 317 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 27 protokol yazılıb, müvafiq hüquqi tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB