Rusiyada yaşayan azərbaycanlı gənclər müxalifətin ölkəmizdə sabitliyi pozmaq cəhdlərini pisləyirlər
Rusiyada yaşayan azərbaycanlı gənclər radikal müxalifətin Azərbaycanda sabitliyi pozmaq cəhdlərini pisləyirlər və əmindirlər ki, aprelin 2-də keçirilməsi planlaşdırılan etiraz aksiyası baş tutmayacaq. Bu fikri Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Nəzarət-Təftiş Komissiyasının üzvü Samir Əliyev söyləyib.
SİA-nın verdiyi məlumata görə, S.Əliyev deyib ki, planlaşdırılmış etiraz aksiyası növbəti məzhəkədən başqa bir şey olmayacaq. Tələbə gəncləri təmsil edən S.Əliyev deyib: "Hamıya yaxşı məlumdur ki, əhalinin əksəriyyəti özlərini müxalifət adlandıran bu qüvvələri dəstəkləmir və onların ideyaları, xüsusilə gənclər arasında, əsla populyar deyildir".
O qeyd edib ki, doğma Vətənin hüdudlarından kənarda yaşayan Azərbaycan gəncləri ölkənin indiki hakimiyyətinin siyasətini dəstəkləyir və radikal ideyaları, qərəzli çağırışları qətiyyətlə pisləyirlər. RAGT sədri deyib: "Ölkədə aparılan islahatlar, iqtisadi sahədə qazanılan uğurlar və Azərbaycanda həyatın keyfiyyəti əyani şəkildə göstərir ki, Azərbaycan böyük perspektivi və çox gözəl gələcəyi olan, inkişaf etmiş dövlətdir".
Samir Əliyev deyib: "Rusiyada yaşayan azərbaycanlı gənclər ölkəmizdə bütün hadisələri diqqətlə izləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi ümummilli məsələlərin həlli üçün daha sıx birləşmək əvəzinə ölkədə süni gərginlik yaratmağa, sabitliyi pozmağa çalışan müxalifət qüvvələrini qınayırlar. Rusiyada yaşayan azərbaycanlı gənclərin əksəriyyəti öz ölkəsinin siyasətini, Prezident İlham Əliyevin Azərbaycanda sabitliyi təmin edən və yalnız milli maraqlara əsaslanan siyasi xəttini dəstəkləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB