“Cəmil Həsənlinin fikirləri sərsəmlikdən başqa bir şey deyil” RƏY-ÖZƏL

“Cəmil Həsənlinin fikirləri sərsəmlikdən başqa bir şey deyil” RƏY-ÖZƏL

"Bunun səbəbini onların qara xislətlərindən qaynaqlanır. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, pişiyin ağzı ətə çatmayanda deyər murdardır: "Bunlar cəmiyyətdə heç bir nüfuzları olmadığını, seçkilərdə iştirak edəcəkləri təqdirdə məsuliyyətlərinin qaçılmaz olduğunu bildiklərindən, seçkilərə iştirakdan imtina etməyi qərara aldılar. Bəlkə də onların siyasi fəaliyyətlərində dəfələrlə atmış olduqları bu iştirakdan imtina, hətta “boykot etmək” qərarlarını onların yeganə “ağıllı” taktikası da adlandıra bilərik. Özləri də seçkilərdə heç bir nailiyyət əldə edə bilməyəcəklərini bildikləri halda seçkilərdə iştirak etmək onların tamamilə siyasi iflasına səbəb ola bilərdi. O zaman siyasi müxalifət adı altında qurmuş olduqları siyasi bizneslərini itirmiş olardılar. Seçkilərə qatılmayan, iştirakdan imtina edən bir qurumun, onun rəhbəri Cəmil Həsənlinin seçkilərin saxtalaşdırılacağı haqqında fikirlər səsləndirməsi isə sərsəmlikdən başqa bir şey deyil. Mənim o siyahı adlandırılan söz toplusundan xəbərim var. Diqqət etsəniz, siyahıda o namizədlərin adları qeyd olunub ki, onlar namizəd olduqları dairələrdə kifayət qədər nüfuz sahibləridir və seçilmək şansları da yüksəkdir. Milli Şura da, AXCP də həmin dairələrdə hansısa formada araşdırma aparıb və seçilmək şansı olan namizədləri müəyyənləşdirərək, belə bir siyahı tərtib ediblər. Məqsəd aydındır, seçkilərdən sonra cəmiyyətdəki özləri kimi zəif düşüncəli adamları, həm də xaricdəki ağalarını inandırsınlar ki, seçki demokratik keçirilməyib və onların verdikləri “proqnoz” özünü doğrultdu! Belə çirkin, primitiv düşüncə ilə yaşayan bu adamların könlündən hələ hakimiyyətə gəlmək, ölkəni idarə etmək də keçir. Məncə belələrinin bu formada primitiv siyasi düşüncəyə əsaslanan hay-küyünə məhəl qoyulmamalı, ölkə başçısının da qətiyyəti ilə nəzərdə tutulan demokratik və şəffaf seçkilərə nail olmaq üçün fəaliyyətimizi daha uğurla davam etdirməliyik”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə