Ötən gecə paytaxtın hava limanına eniş edə bilməyən təyyarələr Gəncəyə üz tutub
Bakı şəhərinə enməsi gözlənilən təyyarələr bu gün təxminən gecə saat 3 radələrində məcburən Gəncə Hava Limanına enib. Adıçəkilən qurumdan SİA-nın bölgə müxbirinə verilən məlumata əsasən, Bakıya uçan, ancaq dumanlı hava şəraitindən Gəncədə məcburi eniş edən 5 təyyarə qeydə alınıb. Onların 4-ü yük 1-i isə sərnişin təyyarəsidir. Hava gəmiləri Almaniya, Bosniya və Türkiyəyə məxsusdur. Saatlarla gözləmənin ardından təyyarələr Bakıya havalanıb və paytaxta eniş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB