"Hər bir şər-böhtan kampaniyasının başlamağının bir səbəbi olur" ÖZƏL-MÜNASİBƏT
"AŞPA-nın Azərbaycana qarşı növbəti dəfə qərəz nümayiş etdirməsi başlıca olaraq ölkəmizdə olan bu tolerantlığı, inkişafı, səviyyəni həzm edə bilməməsi ilə bağlıdır. Onların istəyi odur ki, Azərbaycana qarşı təyiqləri artırsınlar və ölkəmiz müəyyən məsələlərdə onların dediyi ilə oturub-dursun. Yəni bilavasitə onların iradəsinə tabe olsun. Ancaq cənab Prezidentimizin dediyi kimi, bu belə olmayıb və olmayacaqdır da". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.
"Biz 2001-ci ildən Avropa Şurasına üzv olandan bu günə qədər müxtəlif dövrlərdə Azərbaycana qarşı həmişə bu cür təzyiq vasitələrindən istifadə olunub. Bu heç də təəccüblü deyil əksinə məqsədlidir. Hər bir şər-böhtan kampaniyasının başlamağının bir səbəbi olur. Bu dəfə də ölkəmizdə davam edən parlament seçkiləri ərəfəsində bu baş verir. 20 ildən çoxdur ki, onlar “siyasi məhbus” məsələsi ilə məşğuldurlar. Faktiki olaraq “siyasi məhbus”ların özü, siyasi əxlaqsızlıq, insanlara qarşı cürbəcür təzyiqlər və təhdidlər bu gün Avropanı baş alıb gedir. Avropada həbslər, dinlərdən, mədəniyyətlərdən insanlara qarşı olan münasibət məhz Avropanın özünün böyük qüsurlarını göstərir. Hesab edirəm ki, Azərbaycan bunların hamısına bu günə qədər sinə gəlib, qələbə qazanıb və inkişaf edir. Mən 2001-ci ildə Avropa Şurası ilə bağlı dediyim bir fikri qeyd etmək istərdim. Mən orada dedim ki, Avropa Şurası bir xristian klubu olaraq Ermənistan və başqaları üçün bir müdafiə sistemi rolunu oynayacaq, ancaq Azərbaycan və Türkiyə üçün həmişə boyunduruq rolunu oynayacaq. Mənim dediklərim bu illər ərzində vaxtaşırı öz təsdiqini tapır. Azərbaycan öz yolu ilə gedir və ölkəmizin öz siyasəti, istiqaməti var. Azərbaycan bir çox məsələlərdə Avropa Şurasında təmsil olunan və ölkəmizə qarşı qərəzli mövqe tutan o dövlətlərə nümunədir"-deyə, deputat fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB