“ATƏT-in Minsk qrupu Ermənistana təzyiqlər etməyə başlayıb” RƏY-ÖZƏL
"ATƏT və ATƏT-in Minsk Qrupu doğurdanda Ermənistan tərəfinə təzyiqlər göstərməyə başlayıb". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Ermənistanın bu məsələdə ovqatını təlx edən amillərdən biri də bir həftə bundan əvvəl Avropa Parlamentinin post-sovet məkanında ki, bütün münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı verdiyi bəyanat və onun yazılı sürətdə bütün dünyaya yayılmasıdır: "Artıq Avropada Dağlıq Qarabağ problemi ilə bağlı onun Moldova, Ukrayna və Gürcüstandakı proseslərə də aid etmək olar. Ciddi bir siyasi iradə formalaşıb, bu ciddi siyasi iradə milli zəmində baş verən bütün konfliktlərə və müharibələrə eyni bucaq altında yanaşılmasıdır. Yəni daha doğrusu Helsinki Yekun Aktının tələbləri ərazi bütövlüyü məsələsinin ön plana çıxarılması prizmasından yanaşır və bu da Avropada sabitliyin, sülhün təmin edilməsi üçün prinsipial əhəmiyyətə malikdir. Ruhi xəstə olduğu isbata yetirilmiş Paşinyan bu məlumatların təsiri altında çox qəzəbli bir bəyanat səsləndirdi, o qəzəbli bəyanatında guya Sarkisyanın ciddi konpromislərə getdiyini və bunun nəticəsində də ona Sarkisyandan çox ağır bir miras qaldığını iddia etdi. Halbuki, Sarkisyanın özü də Dağlıq Qarabağ məsələsində yalnız işğal edilmiş kənar rayonların qaytarılması məsələsində razılığa gəlmişdir, başqa məsələlərdə konpromisə getməmişdi. İndiyə qədər Gürcüstanın, Moldovanın və Ukraynanın ərazi bütövlüyü tanınırdısa və Azərbaycanın ərazi bütövlüyü məsələsində müəyyən çəkingənlik var idisə, bu gün artıq o məsələ də aradan qalxıb və Avropa bütün post-sovet məkanına eyni nəzərlə baxır. Məsələnin də bu nöqteyi-nəzərdən həll edilməsini tələb edir. Fransa prezidentinin dövriyəyə daxil olması və “ermənilər yaxın dostumuz olsa da, Dağlıq Qarabağ probleminin Avropadakı sabitlik proseslərinə maneələr yaratdığını” deməsi və onun həllinin artıq yetişdiyini söyləməsi məncə ermənilərin qanını qaraldan məqamlardan biridir. Belə görünür ki, məsələnin hüquqi həllində haqqı və ədaləti təmin edən kifayət qədər baza formalaşıb. İndi qalır bu məsələnin icra edilməsi məsələsinə və eyni zamanda bu məsələnin icrası zamanı Ermənistanın davranışlarına. Bu davranışlarda da cüzi də olsa dəyişiklik var. Cenevrədə olan görüşün iki gün davam etməsi və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yenidən görüşməsi, münaqişənin həllində müəyyən məsələlər də razılıq əldə edilməsi bunu sübut edir. Danışıqların məzmunu barədə yayılan məlumatda da göstərilir ki, danışıqlar predmet üzrə aparılıb, yəni Dağlıq Qarabağ probleminin həlli ilə bağlı indiyə qədər aparılmış danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb və danışıqlar prosesinin davam etdirilməsi barədə razılığa gəlinibdir. Əgər Paşinyan hər şeyi sıfırdan başlamaq istəyirdisə onun bu iddiası alınmadı və 25 ildən çox müddət aparılan danışıqlar prosesində əldə edilmiş müəyyən irəliləyişlərin üstündən xətt çəkmək mümkün olmadı və danışıqlar yenə də öz dövrəsinə qayıdır. Doğrudur, Ermənistan tərəfinin münaqişənin həllində konstruktiv mövqe sərgiləyəcəyini söyləməkdə çətinlik çəkirəm, amma hər halda dünya məsələnin həllinin yollarını göstərir. Ərazi bütövlüyü məsələsi, həll məsələsində əsas məsələdir. Bu məsələnin reallaşması uğurunda Azərbaycan tərəfi axıra qədər öz səylərini davam etdirəcək. Zənnimcə, hər halda Paşinyan indiyə qədər sarsaqlamaları ilə, beynəlxalq ictimai rəyə təsir göstərə bilmədi. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın dünya dövlətləri tərəfindən tanınmadığını Makronda açıq sürətdə bəyan etdi. Bu məsələnin həllində irəliləyişlərin olacağı proqnozunu verdi. Bələ qənaətə gəlmək olar ki, nəhayət Ermənistanı müəyyən bir qəlbə oturtmaq lazım gələcək və hətta mümkün olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB