Abel Məhərrəmov: “Fəzail Ağamalının Bakı Dövlət Universiteti ilə bağlı açıqlamasını ciddi hesab etmirəm” - AÇIQLAMA
"Fəzail Ağamalının Bakı Dövlət Universiteti ilə bağlı açıqlamasını ciddi hesab etmirəm. Bu onun şəxsi fikridir. Obyektiv və ya subyektiv formada, özü bilsin". SİA-nın veriyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili Abel Məhərrəmov həmkarı Fəzail Ağamalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ünvanına, həmçinin BDU-nun hüquq fakültəsinə qəbulla bağlı söylədiyi ittihamlara münasibət bildirərkən deyib. O bildirib ki, bu fikirlərin Bakı Dövlət Universitetinə aidiyyəti yoxdur. Onun sözlərinə görə, bəzən bu söhbətlərdə "universitet" adı olduğu üçün bunu bizimlə əlaqələndirirlər.
"Amma bu fikirlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ünvanına yönəlib. O, Bakı Dövlət Universitetin müəyyən ixtisaslarının adını çəkib, amma biz bunlardan uzağıq. Biz qəbul prosesi ilə məşğul olmuruq. Bilmirəm Fəzail Ağamalının əlində əsası var ya yox, amma onun belə açıq şəkildə deməsi bizdə də narahatlıq doğurur. Mən onun və ya digər təqsirləndirilən tərəfin yerinə heç nə deyə bilmərəm", - deyə o əlavə edib.
Rektor bu ittihanmlardan sonra məsələlərə aydınlıq gətirmək üçün Fəzail Ağamalı ilə görüşmədiyini deyib: "Bundan sonra heç bir görüşüm olmayıb. Onu deyə bilərəm ki, bu fikirlərin universitetlə heç bir əlaqəsi yoxdur. Biz qəbul prosesindən uzaq adamıq. Bizə tələbələrin hazır siyahısı gəlir və biz də onları universitetə qəbul edirik. Onun belə açıq-aşkar deməsini mən o qədər də düzgün hesab etmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB