"Hal-hazırda ən böyük mübahisə bunun üzərindədir" ÖZƏL-ŞƏRH

"Hal-hazırda ən böyük mübahisə bunun üzərindədir" ÖZƏL-ŞƏRH

"Ümumiyyətlə hələ Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla, Zöhrab Mnatsakanyanın İsveçrənin Cenevrə şəhərində keçirilən görüşü başa çatmayıb. Əvvəlcə ATƏT-in Minsk Qrupunun həmsədrləri çox uzunmüddətli görüş keçiriblər". Bunu SİA-ya politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, bu görüşlər həm ayrı-ayrılıqda, həm də Azərbaycan, Ermənistan XİN rəhbərləri ilə olub: "Sonradan isə hər iki XİN rəhbəri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə 7 saatlıq görüş keçiriblər. Amma bütün məsələlər razılaşdırılmayıb. Orada əsasən məsələlər iki istiqamətdədir. Gözlənilir ki, bu günlərdə Azərbaycan və Ermənistan XİN rəhbərləri ikilikdə görüşüb məsələləri müzakirə edəcəklər. Günün sonuna yaxın isə ola bilsin ki, görüşə həmsədrlər də qatılsın. Yəni formatı belə müəyyən etmək gündəliyin iki müstəvidə getməsi ilə əlaqədardır. Həmçinin nəzə alınmalıdır ki, həmsədrlər Ermənistan tərəfə xeyli güzəşt etmişdilər. Əslində Ermənistan Baş naziri Nikol Paşinyan və Zöhrab Mnatsakanyanın Ermənistanın daxili ictimaiyyəti, mətbuatı üçün nə deməsi ayrı məsələdir. Çünki onlar XİN rəhbərlərinin görüşündə, eləcə Paşinyan Azərbaycan Prezidenti ilə görüşdə tamam fərqli mövqedə dayanırlar və vaxt istəyirlər. Artıq Ermənistanın bəhanəsi kəsilib. Ona görə də həmsədrlər istəyir ki, bu vaxta qədər razılaşdırılmamış əsas prinsipial məsələlər razılaşdırılsın. Məsələn, Laçın dəhlizinin enini nə qədər olmalıdır və s. Hal-hazırda ən böyük mübahisə bunun üzərindədir.

Paşinyanın yaydığı sənəddən də bəllidir ki, Laçın dəhlizinin statusu ilə bağlı Dağlıq Qarabağa və yaxud Ermənsitana heç bir aiddiyyatı olmayacaq. Laçın dəhlizi Azərbaycan ərazisi kimi qısa müddət ATƏT-in mandatında olacaq. Yəni istərdik ki, belə məsələlər müzakirə olunsun. İkinci Azərbaycanda və Ermənistanda olan hərbi əsir və girovların mübadiləsi məsələsidir. Ermənilərin fikrincə, əgər Dilqəm Əsgərov və Şahbaz Quliyev azad olunacaqsa, bu Ermənistan və Dağlıq Qarabağda da sosial partlayış əmələ gətirəcək. İndi Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qohumları ilə görüşməsi üçün hal-hazırda yeni format hazırlayıb".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə