Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qərargahında gənclər üçün nəzərdə tutulan siyasi məktəbin ikinci məşğələsi keçirilib. Tədbirdə müxtəlif ali məktəblərin tələbələri, idarə və təşkilatları təmsil edən gənclər iştirak edib. SİA-nın məlumatına görə, YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov tərəfindən yaradılan məktəbdə ikinci mühazirəçi Milli Aviasiya Akademiyasının dekanı Nazim Tağıyev olub.
Ümummilli lider Heydər Əliyev ideyalarının Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi sahəsində çoxşaxəli fəaliyyətin əsasında dayandığını deyən N.Tağıyev bildirib ki, Azərbaycanın inkişaf strategiyasını uzaqgörən siyasəti ilə müəyyənləşdirən Heydər Əliyev dühası, zəkası, neçə-neçə on illər üçün hesablanmış perspektivlər ölməz siyasətçinin fədakarlığının nəticəsidir. Heydər Əliyev həyatı və fəaliyyətinin çoxşaxəli olduğunu qeyd edən mühazirəçi söyləyib ki, Azərbaycan yaşadıqca ümummilli liderin irsini öyrənib qurtarmaq mümkün deyil: "Onilliklər, yüzilliklər sonra da Heydər Əliyev irsi Azərbaycan üçün aktual olacaq. Heydər Əliyev irsinin böyüyən nəsillərin siyasi və mənəvi tərbiyəsində müstəsna əhəmiyyəti vardır".
Qeyd edək ki, Heydər Əliyev Məktəbinin fəaliyyət müddəti bir illik nəzərdə tutulub. Məktəbi yaratmaqda məqsəd ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini daha dərindən öyrənməkdir. Məktəbdə 18-35 yaş arasında olan gənclər bir il müddətində könüllü şəkildə dərs ala biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB