Bu günə kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 17 işi yekunlaşdıraraq məhkəməyə göndərib
"2010-cu il yekunlarına dair cənab prezident İlham Əliyev Nazirlər Kabinetində keçirdiyi iclasda korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi məsələsini qaldırıb. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də bundan sonra işini daha təkmil istiqamətdə aparıb. Bu günə kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 17 işi yekunlaşdıraraq məhkəməyə göndərib". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında baş prokurorun birinci müavini Rüstəm Usubov məlumat verib. O bildirib ki, hazırda idarədə 73-75 cinayət işi ilə bağlı istintaq aparılır.
Onun sözlərinə görə, gün ərzində idarənin 161 saylı "Qaynar xətt"inə istənilən şəxs zəng vuraraq öz sözünü deyə bilir: "İndiyə kimi "Qaynar xətt"ə 968 müraciət daxil olub. Onların hamısı araşdırılaraq qərarlar qəbul edilir. İdarə çox ciddi fəaliyyət göstərir. Aparılan istintaqların nəticələri barədə daima mətbuata məlumatlar verərək ictimaiyyəti məlumatlandırııq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB