Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqə elan edib
Vergilər Nazirliyi dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müsabiqəyə sənəd qəbulu elektron ərizə formasında aprelin 4-dən 24-nədək aparılacaq. İştirak etmək istəyənlər bu müddət ərzində Nazirliyin rəsmi internet saytına (www.taxes.gov.az və ya www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Elektron ərizə formasını doldurmamışdan əvvəl namizədlər mütləq qaydada saytda yerləşdirilmiş "Sənədlərinin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi" qaydaları ilə tanış olmalı, yalnız bu qaydalarla razılaşdıqları halda qeydiyyatdan keçməlidirlər.
Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə kod verilir. Namizəd sənədləri qəbul edildikdən üç iş günü ərzində həmin kod əsasında ərizəsinin qəbul edilib edilmədiyi barədə məlumat ala bilər. Sənədləri qəbul edilən namizədlər may ayının 4-dən 6-dək Vergilər Nazirliyinin inzibati binasında (Bakı şəhəri, Yasamal rayonu, akademik Landau küçəsi 16) imtahana buraxılış vərəqələrini almalıdırlar. Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və yaxud bu zaman hər hansı problemlə qarşılaşdıqda 403-87-52 nömrəli telefonla Vergilər Nazirliyinə, nazirliyinin İnzibati binasının qəbul otağına, Bakı şəhəri Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət idarəsinə və Ərazi Vergi İdarələrində ayrılmış xüsusi otaqlara və vergi ödəyicilərinə xidmət terminallarına müraciət edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar yalnız aşağıda qeyd olunan vakant yerlərdən birinə işə qəbul edilmək üçün ərizə ilə müraciət edə bilərlər:
- Tədris Mərkəzi (Şamaxı rayonu) – 3 yer
- Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti (Bakı şəhəri) – 2 yer
- 3 saylı Ərazi Vergilər İdarəsi (Quba şəhəri) - 2 yer
- 6 saylı Ərazi Vergilər İdarəsi (Lənkəran şəhəri) – 3 yer
- 8 saylı Ərazi Vergilər İdarəsi (Beyləqan şəhəri) – 2 yer
- 9 saylı Ərazi Vergilər İdarəsi (Göyçay şəhəri) – 3 yer
- 12 saylı Ərazi Vergilər İdarəsi (Gəncə şəhəri) – 1 yer
- 13 saylı Ərazi Vergilər İdarəsi (Zaqatala şəhəri) – 2 yer
- 14 saylı Ərazi Vergilər İdarəsi (Şəmkir şəhəri) -
1 - Ağdam rayon Vergilər Şöbəsi (Bərdə şəhəri) - 1 yer
- Cəbrayıl rayonu Vergilər Şöbəsi (Biləsuvar şəhəri) – 1 yer
Müsabiqənin sonuna qədər boş vəzifələrin sayı dəyişə bilər. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizəd ərizəsində göstərdiyi vəzifədən imtina edərsə, dərhal Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB