Qazaxıstandakı prezident seçkisini azərbaycanlı müşahidəçilər də izləyəcək
Qazaxıstan Respublikasında 3 aprel 2011-ci il tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı bu ölkənin Azərbaycandakı səfiri Serik Primbetov mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, səfir Azərbaycanda 193 Qazaxıstan vətəndaşının qeydə alındığını və onların səs verməsi üçün 140 saylı səsvermə məntəqəsinin açılacağını bildirib.
Səfir bildirib ki, Qazaxıstan prezidenti postu uğrunda hazırkı dövlət başçısı Nursultan Nazarbayev, Jambıl Axmetbekov, Mels Eleusizov və Qəni Qasımov mübarizə aparırlar. O, seçkinin ümumilikdə 1059 beynəlxalq müşahidəçi tərəfindən izlənəcəyini bildirib. Serik Primbetov qeyd edib ki, seçkiləri ATƏT-in 357, Müstəqil Dövlətlər Birliyinin 426, Avropa İttifaqının Parlament Assambleyasının 8, ATƏT-in Parlament Assambleyasının 80, İslam Konfransı Təşkilatının 5 müşahidəçisi izləyəcək.
Səfir Azərbaycandan olan müşahidəçilərin də Qazaxıstanda keçiriləcək prezident seçkisini müşahidə edəcəyini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB