Bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana səfər edəcək. SİA-nın məlumatına görə, bu barədə Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetov keçirdiyi mətbuat konfransında bildirib. Səfir bildirib ki, səfərin dəqiq tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdirilir.
Səfər çərçivəsində imzalanacaq sənədlərə gəlincə, Serik Primbetov imzalanması gözlənilən 10-dan artıq sənəd üzərində iş getdiyini deyib. Bu sənədlərin bir hissəsi Azərbaycan prezidentinin Qazaxıstana səfəri zamanı imzalanacaq. İmzalanacaq sənədlərin neft-qaz, gəmiçilik ticarəti, kənd təsərrüfatı, mədəni-humanitar sahələri əhatə etdiyini deyən səfir qeyd edib ki, bu sənədlərin bir hissəsi Azərbaycan prezidentinin Qazaxıstana səfəri zamanı imzalanacaq.
İki ölkənin nəhəng potensiala və bütün istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş meydana malik olduğunu deyən səfir bildirib ki, yüksək səviyyədə belə görüşlərin keçirilməsi çox vacibdir: "Fikir mübadiləsinin aparılması, əldə olunan razılaşdırmaların uğurla reallaşdırılması üçün bu cür səfərlər zəruridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB