Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının "Sosial Müdafiənin İnkişafı Layihəsi: 2010-2012-ci illər üçün Modul Təlim Proqramları" Layihəsi çərçivəsində modul metodologiyası üzrə beynəlxalq ekspert Klod Vassamillet tərəfindən təlim keçirilib.
Nazirlikdən SİA-ya verilən xəbərə görə, 9 günlük təlim müddətində iştirakçılara əmək vərdişləri yönümlü modul tipli təlimin əsas konsepsiyası, modul tipli peşə təlimi proqramının strukturunun xarakterizə edilməsi və elementlərinin müəyyənləşdirilməsi, yaxşı təlim keçmənin qiymətləndirmə meyarları və modul hissələrinin müəyyən edilməsi – təlim vahidlərinin fərdiləşdirilməsi barədə məlumat verilib. İştirakçılar həmçinin, fəaliyyəti qiymətləndirmək üçün sınaq testlərinin hazırlanması və təlim nəticələrinin yoxlanılması, təlim ehtiyaclarının qiymətləndirilməsi, işin təhlili əsasında peşə tapşırıqlarının müəyyənləşdirilməsi və işin hazırlanması, metodiki təlimat kitablarının (modulların) hazırlanması və hazırlığın spesifikasiyasına uyğun təlimin optimal metodlarının seçilməsi və s. bu kimi biliklər əldə ediblər.
Təlimdə modul tipli təlim proqramlarının hazırlanmasına cəlb edilmiş yerli mütəxəssislər və layihənin icra qrupunun əməkdaşları iştirak ediblər.
Məlumat üçün bildirək ki, Layihə çərçivəsində əmək bazarında ən çox tələb olunan peşələr üzrə 30 modul təlim proqramının hazırlanması, iki yeni peşə təlimi mərkəzinin yaradılmasının dəstəklənməsi, qanunverici-instusional çərçivənin və monitorinq sisteminin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB