Türkiyə və ABŞ-dan birgə təklif

Türkiyə və ABŞ-dan birgə təklif

Liviyada Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının 1970 və 73 saylı qərarlarına necə əməl olunacağı ilə bağlı Türkiyə və ABŞ birgə sənəd hazırlayıb. SİA-nın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, üç səhifəlik sənəddə rejim dəyişikliyi olmadan Konstitusiyanın hazırlanması və keçiriləcək seçkilər üçün hazırlıqlar yer alıb.

 

"Sabah"ın əldə etdiyi məlumata görə Türkiyənin keçən həftə ABŞ-a göndərdiyi sənəd Liviyada bundan sonra Qəddafi rəhbərliyinin sona çatmasını nəzərdə tutur. ABŞ prezidenti Barak Obama da Qəddafi dövrünün sona çatdığını, ancaq Liviyada bir rejim dəyişikliyinin nəzərdə tutulmadığını ifadə edərək Türkiyə tərəfindən hazırlanan sənədə dəstək verib.

 

ABŞ Liviyada əməliyyatların bu gündən etibarən NATO-nın nəzarətinə keçəcəyini açıqlayıb. Qəddafinin gedişi ilə əlaqədar türk mənbələrinə görə iki yol var: - Qəddafi silah embarqosu və ya uçuş qadağasına əməl etmədikdə o hərbi əməliyyatlarla təsirsiz hala gətirilir, yaxud da Liviya lideri öz istəyi ilə rəhbərlikdən gedir. Liviyaya xalqının qorunmasının Qəddafini hakimiyyətdən salmaqdan daha əhəmiyyətli olduğunu vurğulayan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, atəşkəs elan ediləcəyi halda bu Qəddafi üçün bir imtahan olacaq: "Atəşkəs Qəddafi üçün bir xəbərdarlıq olacaq. O, xalqına qarşı hücumları dayandırsa, bu sonrakı prosesləri istiqamətləndirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə