Rusiyalı hərbçi ekspert: “Status-kvonun uzun müddət saxlanılması rəsmi Bakının səbrini tükəndirə bilər”
Əgər rəsmi Bakı hərbi potensialını artırmaqda davam edərsə, müharibə qaçılmaz olacaq. SİA-nın xəbərinə görə, bunu Rusiya Siyasi və Hərbi Araşdırmalar İnstitutunun Analitik Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Xramçixin deyib. O, qeyd edib ki, Azərbaycan status-kvonun uzun müddət saxlanılmasını qəbul etməyəcək: "Heç kəs bu problemin həllində konkret mövqe ortaya qoymayıb. Bütün atılan addımlar sadəcə hərbi əməliyyatların başlanmasının qarşısının alınmasına yönəlib. Lakin bunun da müəyyən vaxtı var. Çünki status-kvonun uzun müddət saxlanılması rəsmi Bakının səbrini tükəndirə bilər".
"Əgər Azərbaycan hərbi əməliyyatlara başlayarsa regionda vəziyyət necə olacaq və digər ölkələrin buna münasibəti necə olacaq?" sualına cavabında Aleksandr Xramçixin: " Müharibə başlayarsa münaqişənin həllində vasitəçilik edən dövlətlər sadəcə tərəfləri sülhə çağıracaqlar. Eyni zamanda Ermənistan da separatçı Dağlıq Qarabağ rejiminə yardım edə bilməyəcək. Çünki formal olaraq onun müstəqilliyini heç bir dövlət, o cümlədən Ermənistan belə tanımayıb. Bu zəmində Azərbaycan hüquqi cəhətdən tam düzgün addım atacaq yəni öz ərazi bütövlüyünü təmin edəcək. Heç Rusiya da buna qarışa bilməyəcək. Çünki rəsmi Moskva hazırda Dağlıq Qarabağı Azərbaycanın işğal olunan ərazisi hesab edir. Lakin münaqişə Ermənistana çatsa, onda Rusiya məsələyə müdaxilə edə bilər. Yalnız Azərbaycan da tək deyil. Çünki Türkiyə ilə Azərbaycan arasında imzalanan son sazişin fonunda Rusiya daha ehtiyatlı addımlar atacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB