Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün iki istiqamətdə atəşkəsi pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün iki istiqamətdə atəşkəsi pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün iki istiqamətdə atəşkəsi pozub. Erməni ordusu saat 16.40-dan 16.45-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, saat 20.25-dən 20.30-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə