“Mart hadisələri yaxud Qara oyunlar” sənədli-bədii filminin təqdimatı keçiriləcək

“Mart hadisələri yaxud Qara oyunlar” sənədli-bədii filminin təqdimatı keçiriləcək
Martın 31-də saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində rejissor Mehriban Ələkbərzadənin "Mart hadisələri yaxud Qara oyunlar" sənədli-bədii filminin təqdimatı keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi İntiqam Hümbətov məlumat verib.

Filmin ssenari müəllifləri Nadir Bədəlov, Mehriban Ələkbərzadə, quruluşçu rejissoru Mehriban Ələkbərzadə, quruluşçu operatoru Adil Abbas, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Azad Vəliyev, montajçısı isə Ramiz Hüseynovdur.

Məlumat üçün bildirək ki, film tariximizin ən ağrılı acılı səhifələrindən biri – 1918-ci ildə azərbaycanlılara qarşı erməni daşnaklarının törətdiyi soyqırımdan bəhs edir.

Qeyd edək ki, film "Salnamə" studiyasında dövlət sifarişi ilə çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə