İğdırda “Azərbaycanlıların soyqırımı günü”nə həsr edilən konfrans keçiriləcək

İğdırda “Azərbaycanlıların soyqırımı günü”nə həsr edilən konfrans keçiriləcək
Milli Məclisin deputatları Fəttah Heydərov, Qənirə Paşayeva, Azay Quliyev, Musa Qasımlı və Fazil Mustafa bu gün Türkiyənin İğdır şəhərinə səfər edəcəklər. Bu barədə SİA-ya Parlementin mətbuat xidmtindən məlumat verilib.

Millət vəkilləri burada Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə "Azərbaycanlıların soyqırımı günü"nə həsr edilmiş konfransda iştirak edəcəklər. Konfransda Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı, azərbaycanlıların soyqırımı siyasətinə məruz qalması və ermənilərin əsassız iddiaları barədə fikir mübadiləsi aparılacaq, bu məsələ ilə əlaqədar tarixi faktlar geniş ictimaiyyətin diqqətinə çatdırılacaq.

Tədbirdə türkiyəli deputatların iştirakı da nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə