Azərbaycanın Ukraynadakı səfirliyindən bildirmişlər ki, "Azərbaycan Hava Yolları" QSC martın 28-də yenidən Bakı-Kiyev-Bakı marşrutu ilə müntəzəm aviauçuşlara başlayıb.
SİA-nın xəbərinə görə, Azərbaycan və Ukrayna paytaxtları arasında aviadaşımalar Airbus 319 və 320 təyyarələrində həftədə 4 dəfə həyata keçiriləcəkdir. Ukraynanın "AeroSvit" şirkəti də həmin istiqamətdə reyslər təşkil edəcəkdir.
Azərbaycan aviaşirkətinin uçuşlarının bərpası Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə mümkün olub. Azərbaycan dövlətinin başçısının 2010-cu il oktyabrın 28-də Kiyevə səfəri zamanı Ukraynada yaşayan Azərbaycan diasporunun nümayəndələri ona bu xahişlə müraciət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB