Millət vəkili: “Bu Novruz bayramı mərasimi deyil, ermənilərə sevgi tədbiridir”
Ermənistan prezidenti Serj Sarkisyanın Novruz bayramı mərasimlərində iştirak etməsi üçün İrana dəvət olunmasını mənfi qiymətləndirirəm. SİA-ya açıqlamasında bu sözləri millət vəkili Fazil Mustafa deyib.
"İran prezidenti Novruz bayramı mərasimlərinə başqa ölkənin dövlət başçsını dəvət edibsə, niyə Mixail Saakaşvilini dəvət etməyib?" deyən millət vəkili hesab edir ki, bu hadisə İranın Ermənistana bağlılığının bir göstəricisidir: "Dəfələrlə qeyd olunub ki, İran prezidenti ermənilərlə qohumdur. Bu da özünü onda göstərir ki, İran Ermənistana münasibətdə xüsusi canfəşanlıq göstərir. Serj Sarkisyan bir qonaq kimi dəvət olunubsa, onda bu dəvət başqa xristian ölkələri üçün niyə edilməyib?"
Azərbaycan prezidenti İlham Əliyevin İranda təşkil olunan Novruz mərasimlərinə qatılmamasına gəlincə, F.Mustafa bildirib ki, dəvətin qəbul olunmamasının arxasında hansı motivinin baxmayaraq düzgün qərar qəbul edilib: "Bu Novruz bayramı mərasimi deyil. Bu ermənilərə sevgi tədbiridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB