Fazil Mustafa: “Hesab etmirəm ki, bundan sonrakı faktraşdırıcı missiyalar hansısa obyektiv sənəd ortaya qoyacaqlar”

Fazil Mustafa: “Hesab etmirəm ki, bundan sonrakı faktraşdırıcı missiyalar hansısa obyektiv sənəd ortaya qoyacaqlar”

ATƏT-in faktaraşdırıcı missiyasının hesabatında ən böyük çatışmazlıq tərəflər arasında bərabərlik işarəsinin qoyulmasıdır. SİA-ya açıqlamasında bu sözləri millət vəkili Fazil Mustafa bir neçə gün bundan əvvəl qurumun açıqladığı hesabata münasibət bildirəkən deyib.

 

Hesabatın qeyri-real göründüyünü deyən millət vəkili bildirib ki, tərəflərdən birinin, yəni Azərbaycanın işğala məruz qalması nəzərə alınmalı idi: "Sənədi obyektiv sənəd hesab etmirəm. Hesab etmirəm ki, bundan sonrakı faktraşdırıcı missiyalar hansısa obyektiv sənəd ortaya qoyacaqlar. Bu problemin birbaşa beynəlxalq səviyyədə siyasi yolla həllinə ehtiyac var. Beynəlxalq səviyyədə işğala məruz qalan ilə işğal edənə münasibət fərqləndirilməlidir. Sənəddə xüsusi qeyd olunmalı idi ki, işğal olunan ərazilər Azərbaycan ərazisidir. Ermənistanın işğal olunan ərazisi yoxdur ki, iki tərəf arasında bərabərlik işarəsi qoyulsun".

Bütün xəbərlər Facebook səhifəmizdə