Şəmsəddin Hacıyev: “Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubiley mərasimi yaxın vaxtlarda qeyd olunacaq”

Şəmsəddin Hacıyev: “Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubiley mərasimi yaxın vaxtlarda qeyd olunacaq”
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 80 illik yubiley mərasimi yaxın vaxtlarda qeyd olunacaq. Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, millət vəkili Şəmsəddin Hacıyev məlumat verib. Universitetdə çox ciddi yenidənqurma işlərinin getdiyini deyən Ş.Hacıyev vurğulayıb ki, yubileyə kimi ali təhsil ocağı tamam fərqli formada qonaqlara təqdim olunacaq.

"Eyni zamanda, tədrisin məzmununda çox ciddi dəyişikliklər olacaq. Demək olar ki, elektron universitet layihəsini başa çatdırmışıq. Çalışacağıq ki, yubiley mərasimində onun təqdimatını keçirək. Bir sözlə universitet təmamilə dəyişilib, tam yeni formaya keçilib", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə