Fransa prezidenti Nikola Sarkozi ərəb dünyası haqqında fikirləri ilə yenidən gündəmə gəlib. "Əgər lazım gəlsə bütün ərəb diktatorları ilə Müəmmar Qəddafi kimi rəftar edəcəyik", - deməsi Sarkoziyə baha başa gələ bilər.
SİA-nın Əl-Ərəbiyyə telekanalına istinadən verdiyi məlumata görə, Avropa İttifaqının Brüsseldə keçirilən sammitində çıxış edən Sarkozi bunları deyib: "Fransa etraz aksiyaları keçirən nümayişçilərə qarşı güc tətbiq olunmasının qəti əleyhinədir, çünki mitinq keçirmək onların qanuni haqqıdır. Bütün hakimiyyətlər, xüsusən də, ərəb ölkələrinin hakimi-mütləqləri bilməlidirlər ki, bundan sonra beynəlxalq ictimaiyyət və Avropa birmənalı şəkildə dinc nümayişçilərin tərəfində duracaq".
Fransa prezidentinin ərəb ölkələri haqqında dediyi sözlərin əks-sədası Almaniyadan gəlib. Sarkozinin sözlərinin ardından Almaniyanın xarici işlər naziri Gido Vestervell Berlinin RBB radiosuna verdiyi müsahibədə sərt və tənqidi bəyanatla çıxış edib: "Mən avropalı tərəfdaşımızın nəinki Liviya, eyni zamanda bütün ərəb dünyası haqda dediyi hədələyici sözlərdən çox narahatam". Almaniya XİN başçısının sözlərinə görə, ədalətsizliyin olduğu istər Şimali Afrikada, istərsə də dünyanın başqa yerində məsələnin hərbi yolla həllinə cəhd arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu haqda müzakirələrin aparılması belə təhlükəlidir.
Almaniya xarici siyasət idarəsinin rəhbəri həmçinin qeyd edib ki, hərbi müdaxilə problemin həlli deyil. Vestervell onu da əlavə edib ki, demokrat və avtokratlar arasında baş verən toqquşmalar heç də həmişə zor tətbiqi ilə nəticələnmir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB