Səlim Müslümov BSTA-nın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclasında iştirak edəcək
Martın 28-də Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov İsveçrə Konfederasiyasına səfərə yola düşüb. Fondun İctimaiyyətlə əlaqələr sektorundan SİA-ya verilən məlumata görə, aprelin 1-nə kimi davam edəcək səfərdə məqsəd Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçiriləcək iclasında iştirak etməkdir.
Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi ölkəmiz 2007-ci ildə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilmişdir və Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir. Rəhbər Komitənin budəfəki iclasında BSTA Avropa Şəbəkəsinin yaxın gələcəkdə inkişafı və idarəedilməsi diqqət mərkəzində olacaq. Müzakirələr samanı Şəbəkənin dörd əlaqələndirmə mərkəzinə bölünərək tapşırıq və öhdəliklərin bu mərkəzlərin rəhbərliyinə verilməsi vasitəsilə strukturunun dəyişdirilməsi məsələləri nəzərdən keçiriləcək.
Səfər çərçivəsində BSTA-nın Baş Katibinin müraciətinə əsasən, Bakıda BSTA-nın Regional Əlaqələndirmə Mərkəzinin yaradılması üzrə məsləhətləşmələrin aparılması, həmçinin 2011-ci ilin iyun ayında Azərbaycanda keçirilməsi planlaşdırılan BSTA-nın Texniki Seminarı ilə bağlı görüşlərin keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB