Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürüb
Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürüb. SİA-nın "AzərTac"-a istinadən verdiyi xəbərə görə, seçkilər BMT-nin Baş Məclisinin 66-cı sessiyası çərçivəsində cari ilin oktyabrında keçiriləcək.
Ölkəmizin namizədliyi ilə bağlı təbliğat kampaniyasının genişləndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən Azərbaycanın xarici siyasəti, mədəniyyəti, beynəlxalq münasibətlərdə rolu və s. barədə məlumatları əks etdirən broşürlərin hazırlanması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB