Türkiyədə reklam lövhələrində 20 Yanvar faciəsi ilə bağlı fotoşəkillər nümayiş olunur

20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar Türkiyənin bəzi şəhərlərinin mərkəzlərində yerləşən elektron reklam lövhələrində faciənin dəhşətlərini əks etdirən fotoşəkillərdən ibarət videoçarxın nümayişinə başlanılıb.

SİA xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində hazırda videoçarx Ankara və Kırkkale şəhərində nümayiş olunur. Yerli vaxtla saat 17:01-dən 22:01-dək göstərilən videoçarxın nümayişi bir neçə gün davam edəcək. Bu layihənin ölkənin başqa şəhərlərində həyata keçirilməsi də nəzərdə tutulub.

Hazırda videoçarx sözügedən şəhərlərin 25 müxtəlif yerində nümayiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə