“Metsamor” AES Atom Enerjisi üzrə Beynəlxalq Agentliyində müzakirə olunacaq
Dünya atom elektrik stansiyalarında təhlükəsizliyin təmin edilməsi üzrə iyun ayında yüksək səviyyədə konfrans keçirilə bilər. SİA-nın xəbərinə görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Ameno deyib. Agentliyə üzv dövlətlərin nümayəndələri ilə görüşdüyünü qeyd edən Yukiya Ameno yayda Vyanada qurumun nüvə təhlükəsizliyinə həsr olunmuş yüksək səviyyəli konfrans çağırmaq barədə təklifini bildirdiyini vurğulayıb: "Fukusima-1" atom elektrik stansiyasında vəziyyət hələ də ciddidir. Ona görə, konfransda gündəlikdə duran əsas məsələ "Fukisima" faciəsi və qəzaların ilkin dəyərləndirilməsi, baş vermiş hadisələrdən dərs götürülməsi və nüvə təhlükəsizliyinin gücləndirilməsi prosesinin başlanması kimi məsələlər müzakirə olunacaq".
Qeyd edək ki, digər təhlükəli AES "Metsamor"dur. Dünyada dördüncü nəsil stansiyaların istifadəsinə başlanıldığı bir vaxtda "Metsamor" AES ikinci nəsil mərkəzdir və dünyada istifadəsi dayandırılıb. 1976-cı ildə fəaliyyətə başlayan "Metsamor" AES Ermənistanın paytaxtı Yerevandan 30 kilometr qərbdə, seysmik aktiv bölgədə yerləşir. 1988-ci ildə Spitakda baş vermiş dağıdıcı zəlzələdən sonra Ermənistan rəhbərliyi AES-in fəaliyyətini dayandırmaq qərarına gəlib. Lakin iqtisadi çətinliklər 1993-cü ildə rəsmi Yerevanı Metsamor AES-i yenidən işə salmağa vadar edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB