"Qara qızıl"ın qiyməti enməkdə davam edir

"Qara qızıl"ın qiyməti enməkdə davam edir

Liviyada koalisiya qüvvələrinin ölkədaxili vəziyyəti stabilləşdirmək üçün nəzarəti ələ götürməsi investorlarda neftin çatdırlmasında rahatlıq hissi yaradıb. SİA-nın məlumatına görə, məhz bu zəmində martın 28-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,42 dollar və ya 1,4 faiz azalaraq 1 barelə görə 103,98 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,79 dollar azalaraq 114,80 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə