Sonq Kvanq Ho: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tezliklə geri qaytarmalıdır”
Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Koreya Respublikası Milli Assambleyasının Torpaq, Nəqliyyat və Dəniz İşləri Komissiyasının sədri Sonq Kvanq Honun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı Ziyafət Əsgərov bildirib ki, Azərbaycanla Koreya arasında bir sıra sahələrdə, o cümlədən parlamentlər arasında əməkdaşlıq yüksək templə inkişaf edir. Əməkdaşlığın inkişafında hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin xüsusi rolunu qeyd edən Ziyafət Əsgərov bu səfərlər çərçivəsində imzalanan sənədlərin əməkdaşlığın inkişafı üçün hüquqi baza yaratdığını diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycanda Koreyanın bir sıra tanınmış şirkətləri uğurla fəaliyyət göstərir. Koreyanın bir sıra sahələrdə, o cümlədən inşaat, nəqliyyat sektorunda böyük təcrübəyə malik olduğunu deyən birinci vitse-spiker Azərbaycanda energetika sahəsində həyata keçirilən nəhəng layihələr və Milli Məclisdə nəqliyyat sahəsinə dair qəbul olunan qanunlar barədə məlumat verib.
Milli Məclisin Sədri Oqtay Əsədovun 2007-ci ildə Koreyaya səfərini xatırladan Ziyafət Əsgərov bu səfərin iki ölkə parlamentləri arasında münasibətlərin inkişafına stimul verdiyini deyib. Söhbət zamanı birinci vitse-spiker Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun regionun inkişafına mənfi təsiri barədə faktları qonaqların nəzərinə çatdırıb.
Səmimi görüş üçün təşəkkürünü bildirən Sonq Kvanq Ho Azərbaycanın Koreya üçün maraqlı ölkə olduğunu qeyd edib. Qonaq Azərbaycanın bugünkü inkişafında ulu öndər Heydər Əliyevin böyük əməyindən və Azərbaycan xalqının sülhpərvərliyindən danışıb. Sonq Kvanq Ho Koreyanın da tarixən işğaldan əziyyət çəkdiyini qeyd edib və bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tezliklə geri qaytarmalıdır. Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qanunvericilik sahəsində təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB