Bəşər Əl-Əsədin müraciəti gözlənilir

Bəşər Əl-Əsədin müraciəti gözlənilir

İki gün içərisində 15 nəfərin dünyasını dəyişdiyi və 150 nəfərin yaralandığı Suriyanın liman şəhəri Lazkiyədə provakasiya xəbərdarlığı edilib.

SİA-nın xəbərinə görə, prezident Bəşər Əl-Əsədin müşaviri xalqa məzhəb toqquşmalarına yönəlik provakasiyalar ola biləcəyinə dair xəbərdarlıq edib.

Ordu hissələri Lazkiyənin giriş və çıxışlarını nəzarətə götürüb. Bəzi şəhər və qəsəbə mərkəzlərində təhülkəsizlik tədbirləri artırılıb. Ancaq şəhərdə silahlı və qılınclı gənclərin qruplar halında gəzdiyi, xalqın evlərin damlarına yerləşdiriləm snayperlər tərəfindən vurulduğu, insanların yollarda döyüldüyü bildirilir.

Dünən Lazkiyə dövlət xəstəxanasına bir avtomobildən atəş açılıb. Suriya hökuməti Lazkiyədəki olayların məzhəb toqquşması törətmək istəyən bəzi qruplar tərəfindən qızışdırıldığını iddia edib.

Xarici qaynaqlı provakasiyalara qarşı xəbərdarlıq edən prezidentin müşaviri Buseyna Şaban Lazkiyədəki olayların bəzi əcnəbilərin şəhərdəki yüksək binalara çıxaraq aşağıya atəş açması nəticəsində başladığını söyləyib.

Prezident Bəşər Əl-Əsədin də bu məsələ ilə bağlı xalqa xitab etməsi gözlənilir. Əsədin 48 ildir tətbiq olunan fövqəladə vəziyyət rejiminin ləğvi, siyasi partiyaların yaradılmasına izin verilməsi və mətbuat azadlığının genişləndirilməsi də daxil olmaqla, üzərində çalışılan islahatlar haqda məlumat verəcəyi təxmin edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə