Karneqi Sülh Fondunun təşəbbüsü ilə Dağlıq Qarabağ mövzusunda müzakirələr təşkil edilib
Vaşinqtonda yerləşən Karneqi Sülh Fondunun təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tarixi və gələcək perspektivləri mövzusunda müzakirələr təşkil edilib. SİA-nın xəbərinə görə, tədbir Açıq Cəmiyyət Fondunun Avrasiya məsələri üzrə tətlilçisi Geff Qoldsteyn, Karneqi Fondunun Rusiya və Avrasiya proqramının eksperti Tom de Vaal, ATƏT-in Minsk qrupunun sabiq həmsədri, Kentuki universitetinin professoru səfir Keri Kavanonun iştirakı ilə keçirilib.
ABŞ hələ on il əvvəl Florida ştatının Ki Vest şəhərində Dağlıq Qarabağ münaqişəsinin həlli səylərində yaxından iştirak edib. O vaxtdan bəri uzun müddət keçib. 2010-cu il sülh prosesində ən ağır il olub. Bəzi ekspertlər münaqişənin yenidən baş qaldıracağını təxmin edir.
Ki Vest danışıqlarının iştirakçısı olmuş hər üç ekspert bugünkü müzakirələr zamanı münaqişənin həlli yollarına bir daha nəzər salıb. Səfir Keri Kavano bölgədəki zorakılıqların sülh prosesini ləngitdiyini bildirib. Prosesin tarixinə nəzər salan Kavano yol verilən səhvlər və itirilmiş imkanlardan danışıb. O, ilk öncə kompromisin əsaslarında yanlışlıqlara yol verildiyini, əvvəlki dövlət başçılarının indikilərlə müqayisədə sülh prosesinə daha meyilli olduğunu deyib.
Karneqi Fondunun Rusiya və Avrasiya proqramının eksperti Tom de Vaal Ermənistanın işğal etdiyi ərazilərdə yaşayış məntəqələri inşa etməsini, ermənilərin heç vaxt yaşamadığı Ağdamda muzey açmasını o ölkənin mövqeyini dəyişməyəcəyinə işarə kimi qiymətləndirib. Tom de Vaal münaqişənin tez bir zamanda həll edilməsi üçün daha artıq səylərə ehtiyac olduğunu vurğulayıb.
O, beynəlxalq qurumların rolunun artırılmasını, bölgəyə sərmayə qoyan neft şirkətlərinin tələbkarlığını və lobbiçilərin rolunu dəyişərək, sülh prosesini dəstəkləməsini əsas amillər kimi irəli sürüb.
Müzakirələrin sonunda tədbir iştirakçıları qonaqların suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB