Düşənbədə MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının 13-cü iclası keçirilib
Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (DİARŞ) 13-cü iclası keçirilib.
SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) nümayəndəsi Nazim Xidirov da iştirak edib.
Tacikistanın "Xovar" agentliyinin direktoru Sadriddin Şamsuddinov iclası açaraq iştirakçıları Novruz bayramı münasibətilə təbrik etmiş, onlara uğurlar arzulayıb.
MDB İcraiyyə Komitəsinin analitik informasiya departamentinin direktoru, DİARŞ-in kuratoru Aleksandr Zavarzin iştirakçıları MDB-nin 20 illiyinə həsr olunmuş tədbirlər planı ilə tanış edib. A.Zavarzin deyib ki, tədbirlər planı elmi-praktiki konfrans və seminarların keçirilməsini, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq məsələlərini əhatə edir. Bundan başqa, "MDB-nin 20 illiyi" fotosərgisinin təşkili, birliyin tanınmış şəxsiyyətlərinə həsr edilmiş albomun nəşri, bu ölkələrin incəsənət ustalarının konsertlərinin və şuranın yubiley iclasının keçirilməsi və bir sıra digər məsələlər müzakirə olunub.
Yubiley tədbirləri çərçivəsində tarixi-mədəni irsin qorunması ilə əlaqədar jurnalistlərin müsabiqəsinin keçirilməsi, keçmiş sovet məkanında əlamətdar hadisə və günlərlə bağlı təqvimlərin buraxılması da nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB