FHN-ın xilasediciləri dənizdə itkin düşmüş Lənkəran sakininin axtarışını davam etdirirlər

FHN-ın xilasediciləri dənizdə itkin düşmüş Lənkəran sakininin axtarışını davam etdirirlər

Martın 28–də saat 13:54-də Xəzər dənizi sahilindən 6-10 kilometr aralıda güclü külək nəticəsində balıqçı qayığının çevrilməsi barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

SİA nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal hadisə yerinə qurumun aviasiya dəstəsinə məxsus vertolyotla xilasedicilər göndərilib. Axtarış-xilasetmə əməliyyatları zamanı Lənkəran rayon sakini, 1977-ci il təvəllüdlü Babayev Nurid Əziz oğlu xilas edilmiş, onun həmyerlisi, 1957-ci il təvəllüdlü Mehbalıyev Fazil Nadir oğlunun cəsədi sahilə çıxarılıb.

Hazırda xilasedicilər dənizdə itkin düşmüş Lənkəran rayon sakini - 1957-ci il təvəllüdlü Həmidov Seyfulla Eynulla oğlunu axtarırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə