"Müxalifət bilərəkdən şərəfsizliyə gedir" RƏY-ÖZƏL

"Xaricdəki başıpozuq riyakar qüvvələrin Ə.Kərimli, C.Həsənli və A.Hacılı ilə yaranan gərgin münasibətlərinin bundan sonra daha da gərginləşəcdir. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, o baş verənlərin gözlənilən oduğunu da qeyd etdi: "Səbəbini isə onları idarə edən mərkəzi qüvvələrin tərəflərə ayırdığı maliyyə vəsaitinin bölgüsündə ziddiyyətlərin yaranması ilə əlaqələndir. Siyasi müxalifət rolunda tamaşa göstərən bu adamlar, daha doğrusi siyasi oyunçular dəfələrlə birləşib, sonra ayrılıblar.Sadəcə ayrılmayıblar, bir-birini ittiham eməyə, bir-birinin “paxırını” açıb, ortaya tökməyə başlayıblar. Qəribədir ki, hər dəfə seçkilərə bir müddət qalmış birləşirlər, əlbəttə əgər buna birləşmək demək olarsa, seçkilərin vaxtı çatanda isə başlayırlar düşmənçiliyə. Bunun da iki mühüm səbəbi var. Birinci səbəb xarici sifarişlə bağlıdır. Xaricdən birləşmə sifarişi alırlar, özlərini birləşmiş kimi göstərirlər, elə ki, pul, yəni sifarişin haqqı ortaya gəlir, onun bölüşdürülməsində ixtilaf başlayır, məşhur təmsildə deyildiyi kimi, bir-birlərini dişləyib, didib, “al qana” qərq eləyirlər. İkinci səbəb isə, heç bir elektoratı, xalq arasında nüfuzu olmayan bu oyunbazların meydanı əldən vermək, inhisara aldıqları müxalifət düşərgəsini əldən buraxmaq istəməmələri ilə bağlıdır. Leninin bir məşhur sözü varıdı:kim ki, iş görmək istəyir, işini görür, kim ki, iş görmək istəmir, bəhanə axtarır. Yəni bizim müxalifət dəllalları ikincilərdəndi. Əllərindən heç bir iş gəlmir, bazarlarını da kimlərəsə buraxmaq istəmirlər. Bir yerdə ki, pul hərisliyi digər istəklərdən öndə gəlir, orda nəyəsə nail olmaqdan söhbət belə gedə bilməz. İstər adlarını çəkdiyiniz xaricdə oturub Azərbaycana hədyanlar yağdıran sapsız baltalar olsun, istər də özünü ana, ata, baba müxalifət adlandırıb meydanı əldən vermək istəmyən siyasət dəllalları olsun, onların bir maraqları var, o da daha çox pul qazanmaq. Allah belə bazarı kəssin, bir bazar ki, millətə və dövlətə qara yaxmaqla qazanmağa xidmət edir, onun bir adı var: şərəfsizlik! Şərəfsizliyə bilərəkdən gedən bu adamların da birləşməsi də, ayrılması da eynilə şərəfsiz addımlarla müşayiət edilir. Dünən bağrına basıb, qardaş dediyi adamı, pul naminə bu gün satqın adlandırmağın özü şərəfsizliyin ən bariz təzahürüdür. Qaldı yeni qarşıdurmanın əsasının qoyulmasına, bu əsas elə yalançı birləşmə oyunları başlayan zaman qoyulub. İndi artıq o var və getdikcə də qızışacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə