BDM Qars şəhərində 31 mart Azərbaycan türklərinin soyqırımı günü ilə bağlı tədbirlər keçirəcək
Beynəlxalq Diaspor Mərkəzi (BDM) Milli Qeyri-Hökumət Təşkilatları Forumu ilə birgə Türkiyənin Qars şəhərində 31 mart Azərbaycan türklərinin soyqırımı günü münasibətilə tədbirlər həyata keçirəcəkdir.
BDM mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu məqsədlə nümayəndə heyəti 30 mart- 02 aprel 2011-ci il tarixlərində Qars şəhərinə səfər edəcəkdir. Səfər çərçivəsində Qars valiliyi və bələdiyyəsində bir sıra görüşlər keçiriləcək, Qars universitetində soyqırım qurbanları anılacaq, həmçinin Qarsın Koçkoy kənd məzarlığında yatan Azərbaycanın qəhrəman oğullarından Soltan bəy Paşabəy oğlunun məzarı ziyarət olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB