“Gəncə şəhərinin gözəlliyinə xələl gətirməyən tikili sökülməyəcək”

“Gəncə şəhərinin gözəlliyinə xələl gətirməyən tikili sökülməyəcək”

Gəncə şəhərində geniş abadlıq-quruculuq işlərinə başlanılıb. Aparılan tədbirlər Gəncənin baş planına uyğun həyata keçirilir. İlk olaraq qanunsuz artırılan tikililər sökülməkdədir. Belə ki, şəhərdə bütün əlavə tikililərinin sökülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Elgün Məmmədovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, dəhlizlər də daxıl olmaqla bütün tikililər eyni qaydaya salınacaq.

"Bəzi məlumatlar həqiqəti əks etdirmir və şəhərin gözəlliyinə xələl gətirməyən tikili sökülməyəcək", - E.Məmmədov deyib.

Bundan əlavə binaların ətrafı abadlaşdırılır. Burada istirahət mərkəzi, uşaq meydançaları qurulacaq. Ayrıca mənzillərin dam örtüklərinin dəyişdirilməsi və fasad örtüklərinin yenilənməsi də gündəmdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə