Anti-paşinyançı siyasətçidən ilginc polis ziyarəti FOTO

Anti-paşinyançı siyasətçidən ilginc polis ziyarəti FOTO

Ermənistanın “VETO” ictimai-siyasi hərəkatının təsisçisi Narek Malyan hüquq mühafizə orqanlarına son bir ildə 100-cü dəfə dəvət olunub və onun bu dəvətə özünəməxsus tərzdə getməsi maraqla qarşılanıb.

Qeyd edək ki, Narek Malyan Nikol Paşinyan hakimiyyətini sərt şəkildə tənqid etməklə yanaşı, ölkəsinin sorosçular tərəfindən idarə edildiyini bildirir.

Beləliklə, Malyan 100 rəqəminin yubiley rəqəmi olduğunu əsas gətirməklə, getdiyi hüquq-mühafizə orqanlarını məsxərəyə qoyub. SİA aysor.am-a istinadən xəbər verir ki, siyasətçi polislə 100-cü görüşünə bayram əhval-ruhiyyəsində gedib – kəpənək qalstukda, bayram şapkasında, tort, şampan şərabı və gül buketi ilə.

“Sorosçular müxtəlif şərbaz dosonları ilə mənə qarşı cinayət təqibi aparırlar. Lakin bir çox yalançı ərizələr, şikayətlər öz nəticəsini vermir. Çünki onların hər biri böhtandır”, deyə mediaya açıqlama verən müxalif siyasətçi istehza ilə deyib ki, artıq bu onun hüquq-mühafizə orqanına etdiyi 100-cü – yubiley ziyarətidir: “Son vaxtlar Malatiya rayonunun polisindən incimişəm, özlərini çox passiv aparırlar. Yadımdadır, ilk 15 ziyarətlərim Malatiya rayonunun polis şöbəsində olub. Lakin bu prosesdə polis şöbəsi rəqabətdən çıxdı və belə oldu ki, onları Arabktr istintaq şöbəsi keçdi. Mən artıq buraya 100-cü dəfədir ki, gəlirəm”.

Narek Malyan qeyd edib ki, bu dəfə də onu hansı iş üzrə çağırılması kursundadır. “Məni 100-cü dəfə ifadə verməyə çağıran sorosçu yazdığım “Sodomun piarı” kitabımı hədiyyə alacaq”, deyə o bildirib.

Malyan hətta istintaqçı üçün çiçək buketi də hazırlayıb, belə ki, onun hüquq-mühafizə işçilərinə qarşı psixoloji bağlılığı yaranıb: “Mən öyrəndim ki, istintaqçı qadındır. Belə qərara gəldim ki, ona gül buketi təqdim edim. Sorosçulara arzu edirəm ki, onların arzuları baş tutsun və düşünürəm ki, bir il ərzində biz onların məsələlərini sərt metodlarla həll edəcəyik. Çünki insanlar məcbur olmamalıdırlar ki, onların maraqlarına görə iş-güclərini atıb, hüquq-mühafizə orqanlarına getsinlər. Artıq mən bu prosesdən həzz almağa başlamışam və bu sorosçular üçün çox təhlükəlidir”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə