"Azərbaycan 2012-2017-ci illərdə BMT-yə iki hesabat təqdim edib" Əli Əhmədov

"Azərbaycan 2012-2017-ci illərdə BMT-yə iki hesabat təqdim edib" Əli Əhmədov

"SSRİ-nin süqutundan sonra ən yüksək inkişaf edən dövlətlərdən biri, bəlkə də birincisi Azərbaycandır". SİA-nın verdiyi məlumata görə, bunu Bakıda Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan Respublikası arasında yeni əməkdaşlıq çərçivəsini formalaşdırmaq üçün keçirilən ikigünlük seminarda Baş Nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədovun sözlərinə görə, Azərbaycan 2012-2017-ci illərdə BMT-yə iki hesabat təqdim edib: "Hesab edirəm ki, 2030-cu ilə qədər dünyanın transformasiyası layihəsi çərçivəsində də Azərbaycan öz töhfəsini verəcək. Azərbaycan dünyanın bir parçasıdır. Azərbaycanın inkişafını dünyanın inkişafından kənarda təsəvvür etmək mümkün deyil. Buna görə də Azərbaycanın inkişaf strategiyasını BMT-nin müəyyən etdiyi inkişaf strategiyasına uyğunlaşdırılması prosesi gedir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə