Milli Qəhrəman Anatoli Davidoviçin doğum günüdür

Milli Qəhrəman Anatoli Davidoviçin doğum günüdür

28 mart Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin doğum günüdür. Qarabağ Azadlıq Təşkilatından SİA-ya verilən xəbərə görə, Anatoli Nikolayeviç Davidoviç 1965-ci il martın 28-də Belorus Respublikasının Siutet şəhərində anadan olub.

Mayor Anatoli Davidoviç 1992-ci ilin iyununda Azərbaycan Silahlı Qüvvələrinə daxil olmuş, 930 saylı hərbi hissədə atrilleriya qərargahının rəisi olmuş, topçu mütəxəssislərin hazırlanmasında xidmət göstərib.

1992-ci il iyunun 9-da Ağdam ərazisində gedən döyüşlərdə rəşadətlə vuruşmuş, aldığı yaradan iyunun 13-də vəfat edib.

Doğma şəhərində dəfn edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə