Tehranda İran-Ermənistan dəmiryolu layihəsi müzakirə edilib

Tehranda İran-Ermənistan dəmiryolu layihəsi müzakirə edilib

İranda səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan iranlı həmkarı Mahmud Əhmedinejad ilə görüşüb. SİA-nın "news.am" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli əməkdaşlığın inkişafı müzakirə edilib.

 

Məlumata görə, dövlət başçıları enerji, nəqliyat, mədəni və digər sahələrdə müvəffəqiyyətlə həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayıblar. Görüşdə həmçinin İran-Ermənistan dəmiryolu layihəsi müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə