“Azərbaycan ailəsi-2011” filmlər festivalına start verilib

“Azərbaycan ailəsi-2011” filmlər festivalına start verilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi – BMT-nin Əhali Fondu "Azərbaycan ailəsi-2011" filmlər festivalına start verib. Komitədən SİA-ya verilən xəbərə görə, müsabiqənin məqsədləri kinematoqrafiyanın imkanlarından istifadə etməklə ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu qaldırmağa yönəltmək, ailənin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaq, ailə dəyərlərinə marağı artırmaq, gənc ailələrə yüksək mənəvi dəyərlərin aşılanması, ölkədə maarifləndirmə işlərinin aparılması üçün videomateriallardan ibarət fondun yaradılmasıdır.

Müsabiqəyə təqdim olunan filmlər milli ailə dəyərlərimiz, ailədə valideyn uşaq münasibətləri, valideynlərin məsuliyyəti, gənclərin ailə həyatına hazırlığı, çoxuşaqlı ailələr və onların cəmiyyətdə rolu, sağlam və nümunəvi ailələrin təbliği, ailə problemləri (məişət zorakılığı, erkən nikahlar, qan qohumluğu və digər fəsadlar) və onlarla mübarizə, uşaq baxımsızlığı, müasir Azərbaycan ailəsi mövzularını əhatə etməlidir.

Qeyd edək ki, müsabiqədə yaş məhdudiyyəti qoyulmur, Filmlər, doldurulmuş anketlə birlikdə 2011-ci il 25 aprelədək təşkilat komitəsinə təqdim olunmalıdır. Mükafatlandırma mərasimi 12 may 2011-ci il tarixində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə