Ermənistan silahlı qüvvələrinin bölmələri martın 27-də saat 16.05-dən 16.08-dək Ermənistanın Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi, saat 13.00-dan 13.10-dək, 14.35-dən 14.40-dək, 21.15-dən 21.25-dək, 00.05-dən 00.15-dək Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 15.20-dən 15.30-dək, 19.35-dən 19.45-dək, 19.55-dən 20.10-dək, martın 28-də saat 01.40-dan 01.55-dək, 03.20-dən 03.35-dək və 05.05-dən 05.15-dək Ağdam rayonunun Şuraabad, Cəvahirli və Şıxlar kəndləri yaxınlığındakı yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB